...

Ərdoğan Türkiyənin Livandan olan qaçqınları qəbul etməyə hazır olduğunu açıqlayıb

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 19:39 (UTC +04:00)
Ərdoğan Türkiyənin Livandan olan qaçqınları qəbul etməyə hazır olduğunu açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Livandan olan qaçqınları qəbul etməyə hazır olduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə R.T.Ərdoğan Almaniya kansleri Olaf Şolz ilə danışıqlardan sonra İstanbulda keçirilən mətbuat konfransında deyib.

"Birinci mərhələdə [2011-ci ildə vətəndaş müharibəsinin başlaması ilə] Suriyadan bizə 4 milyona yaxın qaçqın gəldi. Hazırda ölkəmizdə 3,5 milyona yaxın suriyalı qaçqın var, qapımız onların üzünə həmişə açıq olub və açıqdır. Livandan olan qaçqınlar varsa, biz də onların üzünə qapılarımızı açıq saxlayırıq. Livanda türkmənlər də yaşayır, qapımız onların da üzünə açıqdır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti