...

ABŞ Qran-prisi: Ferstappen sprintdə 1-ci olub

İdman Materials 20 Oktyabr 2024 01:07 (UTC +04:00)

Bakı. Trend:

Formula-1 üzrə dünya çempionatında ABŞ Qran-prisinin sprint yarışı keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen qələbə qazanıb.

Niderlandlı sürücü 19 dövrəlik yarışda finiş xəttinə birinci çatıb. O, Karlos Sayns ("Ferrari") və Lando Norrisi ("Maklaren") qabaqlayıb. Bu qələbədən sonra 339 xal toplayan Ferstappen ən yaxın izləyicisi Norrisi 54 xal qabaqlayır.

Qeyd edək ki, bu gün ABŞ Qran-prisinin əsas mərhələsi təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti