...

ÜST Misiri malyariyadan azad ölkə kimi tanıyıb

Dünya xəbərləri Materials 21 Oktyabr 2024 03:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Misiri rəsmi olaraq malyariyadan azad ölkə kimi tanıyıb.

Trend-in məlumatına görə, bu barədə ÜST-nin Cenevrədə yerləşən mərkəzi məlumat yayıb.

ÜST-nin bəyanatında qeyd edilib ki, Misirin malyariyadan azad ölkə kimi tanınması "100 milyondan çox əhalisi olan bir ölkə üçün böyük ictimai sağlamlıq nailiyyətidir". Bu uğur, ölkədə qədim dövrlərdən bəri mövcud olan xəstəliklə mübarizədə "Misir hökumətinin və xalqının uzun müddət ərzində göstərdiyi səylərin nəticəsidir".

Misir, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeşdən sonra ÜST-nin Şərqi Aralıq dənizi regionunda malyariyadan azad statusunu alan üçüncü ölkə, və 2010-cu ildən etibarən ilk ölkə oldu. ÜST-yə görə, "bütün dünyada 44 ölkə və bir ərazi bu mərhələyə çatıb".

Malyariya dünyada ən geniş yayılan infeksion xəstəliklərdən biridir və onun səbəbkarı Plasmodium cinsinə aid təkhüceyrəli parazitlərdir. ÜST-nin hesablamalarına görə, dünya üzrə təxminən 220 milyon insan malyariyanın müxtəlif formalarına yoluxub və bu xəstəlik əsasən Afrika və Cənubi Asiyanın inkişaf etməkdə olan ölkələrində yayılıb.

Xəbər lenti

Xəbər lenti