...

Mingəçevir uşaq bağçasında yanğın olub

Hadisə Materials 21 Oktyabr 2024 10:31 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevir şəhərində uşaq bağçasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli uşaq bağçasının (hazırda fəaliyyət göstərmir) dəhlizinin yanar konstruksiyaları 80 m² sahədə, dam örtüyü və tavanı 50 m² sahədə yanıb. Uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti