...

İsrail mətbuatı Niderland Parlamentini riyakarlıqda ittiham etdi

Siyasət Materials 21 Oktyabr 2024 12:30 (UTC +04:00)
İsrail mətbuatı Niderland Parlamentini riyakarlıqda ittiham etdi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Niderland hakimiyyəti ölkə ərazisində yaşayan yəhudilərə qarşı mənfi münasibəti fonunda özündə cəsarət taparaq Azərbaycanın ermənilərlə rəftarı ilə bağlı qərəzli qətnamələr qəbul edir.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ölkəsinin populyar “Economic Peace Center” (İqtisadi Sülh Mərkəzi) nəşrində dərc olunmuş “Niderlandın riyakarlığının əleyhinə olmaq” başlıqlı məqaləsində yazıb. Azərbaycanın həmişə öz ərazisindəki bütün erməni ziyarətgahlarını, o cümlədən Bakıdakı erməni kilsəsini mühafizə etdiyinə diqqət çəkən müəllif Niderlandda yəhudilərin müqəddəs yerlərinin mühafizəsinin analoji diqqətdən məhrum olmasından şikayətlənib.

Qeyd olunub ki, bütün bunların baş verdiyi, o cümlədən Karib hövzəsi regionunda neokolonial siyasətin davam etdirildiyi bir vaxtda Niderland parlamenti Azərbaycanı qınayaraq bu ölkənin öz ərazi bütövlüyünün bərpasını yolverilməz sayır. Halbuki öz hökuməti tərəfindən digər ölkələrin suverenliyinin pozulmasını məqbul görür.

Məqalədə bu yaxınlarda Niderlandın yeni kabinetinin proqramında Boneyr, Sent-Eustatius və Sabada həyata keçirilməsi planlaşdırılan qanunvericilik və siyasət təşəbbüslərinin həmin ərazilərdə rifahın yaxşılaşdırılması məqsədi daşıdığı iddiasına şübhə ilə yanaşılır.

Yazıda Bakı Təşəbbüs Qrupunun Niderland hökumətindən Karib adalarının azadlığına və öz müqəddəratını təyin etmək hüququna hörmətlə yanaşmağı, onların müstəqilliyinə mane olmamağı xahiş etdiyi barədə məlumat da əks olunub. Müəllifin fikrincə, Niderlandın Bakı Təşəbbüs Qrupunun tələbinə məhəl qoymamağı, eyni zamanda Azərbaycanı qınamağı və öz ərazisindəki yəhudi icmasını müdafiə etməməyi adıçəkilən ölkənin hakimiyyətinin riyakarlığının göstəricisidir.

Sonda beynəlxalq ictimaiyyətin Niderlanddan Karib dənizindəki adaların müstəmləkəçiliyinə son qoymasını, Azərbaycanı təqib etməkdən çəkinməsini, öz sərhədləri daxilində yaşayan yəhudilərin qorumasını tələb etməyin vaxtının çatdığı vurğulanıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.peacecom.org/en/article/2357/

Xəbər lenti

Xəbər lenti