...

Energetiklər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2024 11:22 (UTC +04:00)
Energetiklər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Energetiklər Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə Trend-ə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Energetiklər Günü ilə əlaqədar Energetika Nazirliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin kollektivi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin də xatirəsi yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Tədbir Şəhidlər xiyabanını ziyarətlə davam edib.

Energetiklər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsini yad edib və məzarları üzərinə gül dəstələri qoyublar.

Qeyd edək ki, 1981-ci il oktyabrın 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib.

Xəbər lenti

Xəbər lenti