Bakı. Trend:
Azərbaycan karateçiləri Minsk şəhərində keçirilən "Belarus Open-2024" beynəlxalq turnirində iştirak edirlər.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamızın üzvü Asiman Qurbanlı uğurlu çıxışı ilə yadda qalıb.
84 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən karateçimiz bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, yarışa bu gün 20-də yekun vurulacaq.