...

İsrail Beyrut ətrafının sakinlərini gözlənilən hücumlarla bağlı xəbərdar edib

Dünya xəbərləri Materials 20 Oktyabr 2024 07:33 (UTC +04:00)

Bakı. Trend:

İsrail ordusu Beyrut ətrafının sakinlərinə Livanın "Hizbullah" təşkilatının iki hədəfinə qarşı gözlənilən hücumlarla bağlı xəbərdarlıq edib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Avixay Edri deyib.

O, Beyrutun Qubeyri və Haret-Horeyk bələdiyyələrinin sakinlərini iki binadan ən azı 500 metr uzaqlaşmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti