...

Bu gün 1400-dən çox namizədin peşəkar mühasib sertifikatı imtahanı verəcəyi gözlənilir

Cəmiyyət Materials 20 Oktyabr 2024 06:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirir.

DİM-dən Trend-ə bildirilib ki, imtahan vermək üçün 1462 nəfər müraciət edib.

İmtahan bütün binalarda saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

Namizəd imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidir:

- Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əsli;

- İmtahana buraxılış vərəqəsi.

Üç saat davam edən imtahanda peşəkar mühasib sertifikatı növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil edilir. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 131 nəzarətçi,17 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti