...

Çexiyanın dövlət borcu üç rüb ərzində 9,6 milyard dollar artıb

Dünya xəbərləri Materials 20 Oktyabr 2024 02:18 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin üç rübü ərzində Çexiyanın dövlət borcu 223,1 milyard kron (təqribən 9,6 milyard dollar) artaraq 3,334 trilyon kron (təxminən 143,4 milyard dollar) təşkil edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Maliyyə Nazirliyi xəbər verib.

Məlumata əsasən, dövlət borcunun məbləği tarixdə ən yüksək həddə çatıb. 10 milyonluq respublikanın vətəndaşlarının sayına görə, onların hər birinin nəzəri borcu 306 460 kron (təxminən 13,1 min dollar) təşkil edir.

Ekspertlər dövlət borcunun artımını əsasən dövlət istiqrazlarının yeni emissiyaları ilə əlaqələndirirlər. Maliyyə Nazirliyi onlardan ötən ilin büdcə kəsirini maliyyələşdirmək və ödəmə müddəti yaxınlaşan istiqrazları yenidən maliyyələşdirmək üçün istifadə edir.

Xəbər lenti

Xəbər lenti