Bakı. Trend:
ABŞ-nin Corciya ştatı sahillərindəki Sapelo adasında estakadanın uçması nəticəsində azı 7 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə "NBC" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, estakadanın konstruksiyası oktyabrın 19-u axşam saatlarında uçub, hadisə nəticəsində təxminən 20 nəfər suya düşüb.
Xəsarət alanların sayı barədə hələlik məlumat verilməyib.