...

Martinikada qiymətlərin ucuzlaşmasına dair ilkin razılıq əldə edilib

Dünya xəbərləri Materials 20 Oktyabr 2024 04:02 (UTC +04:00)

Bakı. Trend:

Fransanın dənizaşırı Martinika departamentində ərzaq qiymətlərinin aşağı salınması ilə bağlı ilkin razılıq əldə edilib.

Trend-in məlumatına görə, bu barədə "Le Matin" nərşi xəbər verib.

Məlumata əsasən, Departamentin idarəetmə orqanları ilə aparılan yeddimərhələli danışıqlardan sonra 20 faiz ucuzlaşma ilə bağlı şifahi razılaşma əldə edilib.

Karib Regionu Xalqlarının Müdafiəsi Təşkilatı razılaşmanın hələ ki, rəsmiləşdirilmədiyini bildirib. Buna görə də, qiymətlərin bahalığına görə sentyabrın əvvəllərində başlayan etiraz aksiyaları səngimir.

Statistikaya görə, Martinika departamentində qiymətlər Parislə müqayisədə 40 faiz bahadır. Ümumilikdə metropoliya ilə bütün dənizaşırı departamentlərdə qiymətlər arasında ciddi uçurum mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti