...

AMB uçot dərəcəsi ilə bağlı qərarı bu tarixdə açıqlayacaq

İqtisadiyyat Materials 21 Oktyabr 2024 12:28 (UTC +04:00)
AMB uçot dərəcəsi ilə bağlı qərarı bu tarixdə açıqlayacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankı faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı noyabrın 1-də açıqlayacaq.

Trend xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə AMB-nin nümayəndə heyətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirakı ilə əlaqədar İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə mətbuat konfransı 1 noyabr 2024-cü il saat 11:00-da keçiriləcək.

Müvafiq qərar barədə press-relizin 1 noyabr 2024-cü ildə saat 10:00-da ictimaiyyətə açıqlanacağı nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl sözügedən qərarın 30 oktyabrda açıqlanması nəzərdə tutulmuşdu.

Xəbər lenti

Xəbər lenti