...

Cənubi Koreya ordusu Qətərdə təlimlər keçirir

Dünya xəbərləri Materials 21 Oktyabr 2024 08:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Koreya Respublikası və Qətər silahlı qüvvələri Qətərin ərazisində birgə canlı atəşli təlimlər təşkil edirlər.

Trend xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreyalı hərbçilərə istinadən məlumat yayıb. Təlimlərdə 100 Cənubi Koreya əsgəri, 4 K2 tankı və 4 K9A1 Thunder özüyeriyən silahı iştirak edir. Qətərə desant gəmisi ilə gətirilən bu texnika ilə Koreya Respublikasının quru qüvvələri xaricdə ilk dəfə belə bir genişmiqyaslı təlim keçirir.

Qətər tərəfi isə “Leopard 2A7” tankları və “Panzerhaubitze 2000” özüyeriyən silahları ilə təlimlərdə iştirak edir.

Bu təlimlər Koreya silahlarının xarici bazarlarda tanıtımına da töhfə vermək məqsədi daşıyır və əlavə manevrlərin keçirilməsi də planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti