...

Berlində Fələstini dəstəkləyən etirazlar zamanı 12 polis yaralanıb

Dünya xəbərləri Materials 20 Oktyabr 2024 22:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Berlində Fələstini dəstəkləyən etirazlar zamanı 12 polis əməkdaşı xəsarət alıb.

Trend-in məlumatına görə, şənbə günü Almaniyanın paytaxtında keçirilən Fələstin tərəfdarı nümayişlər zamanı baş verən hadisələrlə bağlı Berlin hüquq-mühafizə orqanları məlumat yayıb.

Etiraz zamanı polislərə hücum və onlara qarşı müqavimət göstərilməsinə görə 57 nəfər müvəqqəti saxlanılıb. Həmçinin, bəzi iştirakçılar üzlərini örtərək qadağan edilmiş şüarlar səsləndiriblər.

Asayişin təmin olunmasına 520 polis əməkdaşı cəlb edilib.

Xəbər lenti

Xəbər lenti