Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında X tura yekun vurulub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, turun son günündə iki matç baş tutub.
Paytaxt derbisində “Zirə” və “Sabah” qarşılaşıb. Komandalar hərəyə 1 qol vurub və 1 xal qazanıb.
Vaqif Cavadovun “Sumqayıt”ın baş məşqçisi kimi debütü “Turan Tovuz”la qarşılaşmaya təsadüf edib. Sumqayıtlılar doğma azarkeşlər qarşısında ağır məğlubiyyətə uğrayıblar.
Oyun günü nəticələri:
17:30. “Zirə” – “Sabah” - 1:1
20:00. “Sumqayıt” – “Turan Tovuz” - 2:4
Qeyd edək ki, növbəti – XI turun oyunları oktyabrın 25-27-də keçiriləcək.