...

Sumqayıtda ikimərtəbəli evdə yanğın olub

Hadisə Materials 20 Oktyabr 2024 20:24 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıt şəhərinin Corat qəsəbəsində ümumi sahəsi 160 m²(hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, 2-ci mərtəbəsində alçipandan ibarət tavan 24 m² sahədə və ev əşyaları 4 m² sahədə qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti