...

44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr

Siyasət Materials 21 Oktyabr 2024 00:01 (UTC +04:00)
44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin oktyabr;n 21-nə olan xronikasını təqdim edir:

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun daha beş kəndinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib;

- Prezident İlham Əliyev Azərbaycan Ordusunun Füzuli rayonunun daha üç kəndinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib;

- Prezident İlham Əliyev Azərbaycan Ordusunun Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib;

- Prezident İlham Əliyev Yaponiyanın "Nikkei" qəzetinə müsahibə verib;

- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Düşmənin artilleriya rəisi, divizion komandiri və tabor komandiri məhv edilib. Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb;

Müdafiə Nazirliyi Ordumuzun artilleriya atışlarının videogörüntülərini yayıb;

- Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin videogörüntüləri yayılıb;

- Ermənistanın növbəti PUA-sı məhv edilib. Düşmənin atıb qaçdığı növbəti hərbi texnikaların videogörüntüləri yayılıb;

- Ermənistana məxsus daha 3 PUA məhv edilib;

- Ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti