...

Bosniya və Herseqovinada daşqınlardan zərər çəkmiş bölgələrdə seçkilər keçirilib

Dünya xəbərləri Materials 20 Oktyabr 2024 21:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bosniya və Herseqovinada oktyabrın 6-da keçirilməli olan yerli seçkilər sel və daşqınlar səbəbindən təxirə salınmış dörd bələdiyyədə bu gün baş tutub.

Trend xəbər verir ki, Kiselyak, Kresevo, Foynitsa və Konyiç bələdiyyələrində 54 min 379 seçici yerli idarəetmə orqanlarına rəhbər seçmək üçün səs verib.

Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası, daşqınlar səbəbindən təxliyə edilmiş vətəndaşların da səs verməsi üçün seçki məntəqələrinin təşkil edildiyini bildirib.

Xatırladaq ki, oktyabrın 4-də Bosniya və Herseqovinada baş vermiş sel və daşqınlar nəticəsində 27 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti