...

Moldovada prezident seçkilərində səslərin hesablanmasına start verilib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 21 Oktyabr 2024 03:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moldovada prezident seçkiləri üzrə səslərin hesablanması prosesi davam edir.

Hazırda Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı bülletenlərin 92,7%-ni emal edib.

İlkin nəticələrə görə, Maya Sandu 38,56%, Aleksandru Stoyanoqlo isə 28,41% səs toplayıb.

00:14 (GMT+4)

Moldovada prezident seçkilərində səsvermə tamamlanıb.

Trend-in məlumatına əsasən, seçki məntəqələri yerli vaxtla saat 21:00-da bağlanıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 1 milyon 553 min 234 insan, yəni 51,51% iştirak edib.

Saat 23:00-a qədər MSK bülletenlərin 54,75%-ni emal edib. İlkin nəticələrə əsasən, hazırkı prezident Maia Sandu 35,88% səs qazanır.

Xəbər lenti

Xəbər lenti