...

İsrail təyyarələri Beyrut Beynəlxalq Hava Limanından 500 m aralıda hədəfə hücum edib

Dünya xəbərləri Materials 21 Oktyabr 2024 01:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Beyrutun cənubunda, Rafik Həriri Beynəlxalq Hava Limanının 500 metrliyində şiə Hizbullah təşkilatının obyektinə zərbələr endirib.

Trend-in məlumatına görə, bombardman nəticəsində yerindən qatı qara tüstü səmaya qalxıb.

Məlumatlara görə, hücum Təhvita əl-Qədir bölgəsində yerləşən yanacaqdoldurma məntəqəsinə dəyib. Hava limanına gedən yolda yerləşən Hay-es-Sallumun qonşu məhəlləsindən partlayış səsləri eşidilib.

Son iki saat ərzində İsrail qırıcıları və pilotsuz uçuş aparatları Beyruta 11 reyd həyata keçirib. Hücum zamanı Hizbullahın fəaliyyətinə sponsorluq edən Əl-Qard Əl-Həssan maliyyə və kredit assosiasiyasının ofislərinin yerləşdiyi binalara dörd hədəf zərbəsi endirilib.

Xəbər lenti

Xəbər lenti