Bakı. Trend:
Türkiyənin Muğla vilayətinin Menteşe rayonunda elektrik naqillərindən qaynaqlandığı müəyyən edilən meşə yanğını artıq üç gündür davam edir.
Trend xəbər verir ki, anğın oktyabrın 18-də saat 03:30-da Turnalıda başlayıb.
Yanğının söndürülməsi üçün 313 nəfərlik heyət iştirak edir, həmçinin Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qruplarının dəstəyi ilə 16 vertolyot və 8 təyyarə cəlb edilib. Hazırda yanğını nəzarət altına almaq mümkün olmayıb.