...

Zəngilanın “Böyük Qayıdış” proqramı çərçivəsində bərpasının əsas mərhələlərini əks etdirən videoçarx yayımlanıb (VİDEO)

Cəmiyyət Materials 20 Oktyabr 2024 15:57 (UTC +04:00)
Zəngilanın “Böyük Qayıdış” proqramı çərçivəsində bərpasının əsas mərhələlərini əks etdirən videoçarx yayımlanıb (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 20 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmiş Zəngilan şəhərinin “Böyük Qayıdış” proqramı çərçivəsində bərpasının əsas mərhələlərini əks etdirən videoçarx paylaşıb.

Trend xəbər verir ki, videoçarxda şəhərin müasir şəhərsalma prinsipləri nəzərə alınmaqla, Baş Plana uyğun olaraq necə inkişaf etdirilməsi göstərilir. Bu proqram çərçivəsində Zəngilanın davamlı dirçəlişini təmin edən ekoloji həllər, innovativ texnologiyalar və rahat şəhər mühitinin yaradılmasına xüsusi diqqət yetirilir.

Layihə işğaldan azad edilmiş ərazilərin hərtərəfli bərpasının nümunəsi olaraq, Azərbaycanın davamlı inkişafa və tarixi torpaqların dirçəldilməsinə sadiqliyini təsdiqləyən və gələcəkdə azad edilmiş torpaqları gözləyən firavanlığın rəmzidir.

Xəbər lenti

Xəbər lenti