...

Mançini Ərəbistanı tərk edir - 30 milyonluq kompensasiya

İdman Materials 20 Oktyabr 2024 20:58 (UTC +04:00)
Mançini Ərəbistanı tərk edir - 30 milyonluq kompensasiya

Bakı. Trend:

Roberto Mançini Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi vəzifəsini tərk etməyə yaxındır.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ərəblər italiyalı mütəxəssisin işindən narazıdır və müqavilənin xitamı istiqamətində danışıqlar gedir.

İtaliya mətbuatı Mançininin 25-30 milyon avro kompensasiya alacağını yazıb. Onun Səudiyyə Ərəbistanı federasiyası ilə 2026-cı ilə kimi müqaviləsi var.

Qeyd edək ki, ərəblər DÇ-nin seçmə mərhələsində 4 oyundan sonra 5 xal toplayıblar. Son iki görüşdə öz meydanında Yaponiya (0:2) və Bəhreyni (0:0) məğlub edə bilməyən komanda qrupda 3-cü pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti