Bakı. Trend:
Dubayda döyüşlərdən zərər çəkmiş livanlılar üçün humanitar yardım toplamaq məqsədilə ikinci xeyriyyə tədbiri keçirilib.
Trend-in məlumatına görə, bazar günü minlərlə şəhər sakini Dubay Sərgi Mərkəzinə toplaşaraq tədbirdə iştirak edib.
İki mindən çox könüllü və şəhər sakini 250 tona yaxın ilkin tələbat malları toplayıb və bu yardımlar bir neçə gün ərzində Livana çatdırılacaq. Dubay sakinlərinin topladığı humanitar yardımlar üç kateqoriyaya bölünüb: uşaqlar üçün ilkin tələbat və qida məhsulları, böyüklər üçün gigiyena vasitələri, eləcə də kətan, üst paltar, isti paltar və adyal.
Bundan əvvəl BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə həyata keçirilən təşəbbüs çərçivəsində Livana 100 milyon dollar humanitar yardım göstərilməsi barədə göstəriş verib.
.