...

"Ferrari" pilotu ABŞ Qran-prisində 1-ci yeri tutub

İdman Materials 21 Oktyabr 2024 01:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Formula-1 üzrə dünya çempionatında ABŞ Qran-prisi keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Ostin trasında baş tutan yarışın qalibi Şarl Lekler olub.

"Ferrari" pilotu komanda yoldaşı Karlos Sayns və Maks Ferstappeni ("Red Bull") qabaqlayıb. Çempionluq uğrunda yarışan Lando Norris ("Maklaren") isə finiş xəttini 4-cü keçib.

Qeyd edək ki, mövsümün 19-cu mərhələsindən sonra Ferstappen 354 xalla liderliyini davam etdirir. Norrisin hesabında 297, Leklerin isə 276 xal var.

Xəbər lenti

Xəbər lenti