Bakı. Trend:
Rusiya aviaşirkətinin təyyarəsi Moskva hava limanında başqa bir təyyarə ilə toqquşub.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
"Hadisə 20 oktyabr tarixində Şeremetyevo hava limanında baş verib. Eniş etdikdən sonra zolaqdan gələn Airbus A320 təyyrərsi uçuş zolağına girməyə çalışan Boeing 737 təyyarəsinin qanadına toxunub", - məlumatda bildirilir.
Qeyd olunur ki, birinci təyyarənin göyərtəsində 103 sərnişin və 6 ekipaj üzvü, Kazandan uçan ikinci təyyarədə isə 162 sərnişin və aviaşirkətin 6 əməkdaşı olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. “Airbus A320” təyyarəsi texniki vəziyyətinin qiymətləndirilməsi üçün uçuşlardan kənarlaşdırılıb.