...

Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 92-yə çatıb

İqtisadiyyat Materials 21 Oktyabr 2024 10:43 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) xarici ölkəyə məxsus daha 5 şirkəti xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.

Trend bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, həmin şirkətlər Birləşmiş Krallığa məxsus “Howden Reinsurance Brokers Limited” və “Volante International Limited”, Qazaxıstana məxsus “MOI Insurance Broker”, Lüksemburqa məxsus “Howden Insurance Brokers Limited” və Almaniyaya məxsus “Kuhn & Bülow Versicherungsmakler GmbH"dir.

Bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 92-yə çatıb.Buna qədər isə bu say 87-yə bərabər idi.

Onu da əlavə edək ki, “Howden Reinsurance Brokers Limited” 2010-cu ildən, “Volante International Limited” 2017-ci ildən, “MOI Insurance Broker” 2018-ci ildən, “Howden Insurance Brokers Limited” 1962-ci ildən, “Kuhn & Bülow Versicherungsmakler GmbH" isə 1991-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95-ci maddəsinə əsasən sığorta sektorunda dövlət tənzimlənməsini və nəzarəti həyata keçirir.

Sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, aktuarilər, müstəqil auditorlar, müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər sığorta bazarının peşəkar iştirakçılarıdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə əsasən sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır.

Xarici sığortaçı öz ölkəsinin qanunlarına əsasən sığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxsdir.

Xarici təkrarsığortaçı öz ölkəsinin qanunlarına əsasən təkrarsığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxsdir.

Xəbər lenti

Xəbər lenti