...

Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı azalıb

İqtisadiyyat Materials 21 Oktyabr 2024 12:23 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 152 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 53 şirkət azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 158 milyon 690 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 405 milyon 820 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (132) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 99 milyon 60 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 78 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Xəbər lenti

Xəbər lenti