Bakı. Trend:
Türkiyə xarici işlər naziri Hakan Fidan FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ölümünü təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə H.Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiha ilə birgə mətbuat konfransı zamanı sualları cavablandırarkən deyib.
“Kəşfiyyat mənbələrimiz də Fətullah Gülənin ölümünü təsdiqləyir. Bu qaranlıq təşkilata rəhbərlik edən şəxs öldü. Terrorla mübarizədə millətimizin əzmi davam edəcək. Bu ölüm xəbəri bizi heç vaxt arxayın və rahat etməyəcək. Bu təşkilat xalqımızın tarixində az rast gəlinən bir təhlükə mərkəzinə çevrilib. O, minlərlə gəncimizi müqəddəs dəyərlər adı ilə aldadıb öz sıralarına qoşub”, – deyə H.Fidan bildirib.
xxx
09:42
FETÖ qruplaşmasının rəhbəri Fəthullah Gülən ölüb.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, F.Gülənin ölümünü onun bacısı olğlu da sosial şəbəkə hesablarında təsdiqləyib.
FETÖ rəhbərinin ABŞ-nin Pensilvaniya ştatında öldüyü qeyd edilir.