...

Azərbaycan və Özbəkistan böyük enerji layihələri planlaşdırır (ÖZƏL)

Energetika Materials 21 Oktyabr 2024 09:30 (UTC +04:00)
Azərbaycan və Özbəkistan böyük enerji layihələri planlaşdırır (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistan genişmiqyaslı enerji layihələri planlaşdırır.

Məlumatlı mənbə Trend-ə bildirib ki, Özbəkistan və Azərbaycan enerji sahəsində böyük layihələr həyata keçirməyi planlaşdırır.

“Məlumata görə, SOCAR və Ustyurt bölgəsində geoloji kəşfiyyat işlərinə dair müqavilə imzalanıb və birgə ticarət şirkəti artıq fəaliyyətə başlayıb. Özbəkistanda kimyəvi reagentlər və neft-qaz avadanlıqlarının istehsalının təşkilinə (8,1 milyon dollar) dair işlər görülür, həmçinin Azərbaycanda “Apstream” layihələrində iştirak imkanları araşdırılır,” - deyə mənbə qeyd edib.

Mənbə əlavə edib ki, Özbəkistan-Azərbaycan İnvestisiya Şirkəti “FAS Energy” tərəfindən günəş enerjisinin istehsalı və satışına dair araşdırmalar aparılır və bununla yanaşı, Fərqanə, Xorəzm və Daşkənd bölgələrində yerləşən 110 kV-luq gərginliklə işləyən 3 yarımstansiyanın modernləşdirilməsi və yenidən qurulması təklif olunur (Azenco, 8 milyon dollar).

Bildirək ki, Özbəkistan enerji infrastrukturunu sürətlə modernləşdirir və genişləndirir. Son illərdə 5,9 milyard dollar dəyərində iri layihələr istifadəyə verilib.

Hazırda ümumi gücü 6,3 giqavat olan bərpa olunan enerji mənbələrinin yaradılmasına dair 28 layihə üzərində işlər aparılır və onların ilk 7-sinin (ümumi gücü 2,6 giqavat) icrasına 2023-cü ildə start verilib.

Azərbaycanın Xəzər dənizi şelfində əhəmiyyətli neft və təbii qaz ehtiyatları mövcuddur və son illərdə ölkə bərpa olunan enerji mənbələrinə də böyük sərmayələr qoyur.

Xəbər lenti

Xəbər lenti