...

İsrail Livandakı əməliyyatları dayandırmaq üçün şərtləri ABŞ-a bildirir

Dünya xəbərləri Materials 21 Oktyabr 2024 08:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Livanda hərbi əməliyyatları dayandırmaq üçün şərtlərini ABŞ-a çatdırıb.

Trend-in məlumatına görə, bu barədə Amerikanın Axios portalı xəbər yayıb.

Bildirilir ki, ötən həftə İsrail, Livandakı müharibəni bitirəcək və sərhədin hər iki tərəfindəki qaçqın mülki şəxslərin evlərinə qayıtmasına imkan yaradacaq diplomatik həllin şərtlərini ABŞ-a təqdim edib.

Portalın yazdığına görə, İsrailin əsas tələblərindən biri ordunun Livandakı "aktiv zorakılıqda" iştirakına icazə verilməsidir. İsrail həmçinin Hizbullahın Livanın cənubundakı sərhəddəki hərbi infrastrukturunu yenidən qurmasına və silahlandırmasına yol verilməməsini tələb edir.

Bundan əlavə, İsrail hava qüvvələrinin Livanın hava məkanında maneəsiz hərəkət etməsi şərtini də irəli sürüb.

Xəbər lenti

Xəbər lenti