...

Azərbaycan və Çin arasında “yaşıl enerji”nin təşviqi ilə bağlı müzakirələr aparılacaq

Yaşıl iqtisadiyyat Materials 21 Oktyabr 2024 10:16 (UTC +04:00)
Azərbaycan və Çin arasında “yaşıl enerji”nin təşviqi ilə bağlı müzakirələr aparılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhuanın dəvəti ilə bu ölkəyə səfər edib.

Bu barədə Trend nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir 23-24 oktyabr tarixlərində Çinin Şandun əyalətinin Çindao şəhərində keçiriləcək 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransında iştirak edəcək.

Qeyd olunub ki, “Enerjinin birgə gələcəyi üçün yeniliyin gətirilməsi” mövzusunda təşkil olunacaq Nazirlər Konfransında enerji təhlükəsizliyi üzrə əməkdaşlıq, enerji bazarlarının inkişafı, yaşıl enerji sahəsində tətbiq olunan son texnoloji yeniliklər və yaşıl enerjinin təşviqi üçün maliyyə imkanlarının araşdırılması üzrə müzakirələrin aparılacağı gözlənilir. Energetika nazirinin Nazirlər Konfransının açılış mərasimində, həmçinin “Enerji təchizatının daha da şaxələndirilməsi üçün qarşılıqlı enerji əlaqələndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi” adlı Forumda iştirakı və çıxışları nəzərdə tutulur.

Səfər çərçivəsində, həmçinin Pekin şəhərində Çin şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində bir sıra müzakirələr həyata keçirilməkdədir. Azərbaycan Çinlə bərpa olunan enerji, enerji saxlanc sistemləri, şəbəkənin gücləndirilməsi, “yaşıl enerji”nin ixracı, dənizdə külək enerjisi, yüksək gərginlikli sabit cərəyan (HVDC) kabellərinin təchizatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilir, ən yeni təcrübələrin öyrənilməsi barədə geniş fikir mübadiləsi aparılır.

Çin şirkətlərinin ölkəmizdə nəhəng bərpa olunan enerji potensialının reallaşdırılması üzrə genişmiqyaslı fəaliyyət sahələrində iştiraka maraq göstərir, Azərbaycanda bərpa olunan enerji stansiyalarının tikintisinə investisiya imkanları dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti