...

Şamaxının Böyük Xınıslı kəndi su təchizatı ilə təmin olunacaq

İqtisadiyyat Materials 21 Oktyabr 2024 10:23 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Şamaxı rayonunun Böyük Xınıslı kəndinin su təchizatı yaxşılaşdırılacaq.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.

Qurum kəndin su təminatı ilə təchiz olunması işlərinin 274.176,79 manata başa gələcəyini ehtimal edir.

Qeyd edək ki, “Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihənin icrasına 2010-cu ildə başlanılıb. Şamaxı şəhərini içməli su ilə təmin etmək üçün Pirsaatçayın məcrasında məhsuldarlığı sutkada 7000 kubmetr (saniyədə 80 litr) olan drenaj tipli sugötürücü qurğu inşa edilib. Su mənbəyində zərərsizləşdirici, nasos stansiyası tikilib. Şəhərin dayanıqlı su təchizatı məqsədilə mənbədə və şəhər yaxınlığında ümumi tutumu 8000 kubmetr olan 3 su anbarı kompleksi inşa edilib. Su mənbəyindən və anbarlardan 12,3 kilometr uzunluğunda magistral kəmərlər çəkilərək şəhər şəbəkəsinə birləşdirilib.

Şamaxı şəhərində 134 kilometr uzunluğunda içməli su şəbəkəsi inşa edilib, 8300 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Bununla da abonentlərə yeni şəbəkə vasitəsilə suyun verilməsi təmin edilib. Eyni zamanda şəhərdə 130 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün 11 kilometr uzunluğunda kanalizasiya kollektoru və kanalizasiya nasos stansiyası inşa edilib. Layihənin sonuncu mərhələsində məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilərək istismara verilib.

Layihə çərçivəsində Şamaxı Sukanal Sahəsi üçün yeni inzibati bina inşa edilib.

Xəbər lenti

Xəbər lenti