Bakı. Trend:
İtaliyanın Siciliya adasında güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.
Trend xarici KİV-ə isitinadən xəbər verir ki, insanlar evlərin damlarına çıxaraq xilas olmağa çalışırlar.
Məlumatda bildirilir ki, onları yanğınsöndürənlər helikopterlərlə təxliyə edirlər. Çaylar məcrasından çıxıb. Məktəblər və ictimai təşkilatlar fəaliyyətini dayandırıb. Palermoda hava limanı su altında qalıb. Maşınlar getmir, sadəcə üzür. Enna kommunasında qayalıq uçaraq çöküb, böyük qaya parçaları əsas yolu bağlayıb.
Qeyd edək ki, İtaliyanın digər regionları və qonşu Fransa da bu fəlakətdən əziyyət çəkir. Su Fransanın 3-cü ən böyük şəhəri olan Lionun yaxınlığında da artmaqdadır.