...

Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 21 Oktyabr 2024 11:40 (UTC +04:00)
Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Naziriliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Naxçıvan şəhəri ərazisində hərəkətdə olan “Ford” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. Həmin nəqliyyat vasitəsini idarə edən Murad Cəfərəliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən M.Cəfərəliyevin narkotik vasitə olan metamfetamin istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti