...

Səhiyyə Nazirliyinin nümayəndələri Ümumavropa Liderlik Akademiyasının təlim proqramının seçim mərhələlərini uğurla keçiblər (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2024 12:38 (UTC +04:00)
Səhiyyə Nazirliyinin nümayəndələri Ümumavropa Liderlik Akademiyasının təlim proqramının  seçim mərhələlərini uğurla keçiblər (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin iyul ayından başlayan Ümumavropa Liderlik Akademiyasının (ELA Akademiyası) təlim proqramında iştirak etmək üçün regionun 6 ölkəsindən irəli sürülən 31 namizəddən 14 nəfər seçim mərhələlərindən uğurla keçərək, növbəti proqramda iştirak üçün dəvət alıblar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdir müavini Təranə Əhmədova və Səhiyyə siyasəti şöbəsinin baş məsləhətçisi Nigar Nəzərli də növbəti mərhələyə yüksəliblər. Təcrübə proqramı (Tier2) Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Ümumdünya Səhiyyə Təşkilatının Regional Avropa Ofisində təşkil olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ELA Akademiyasının Tier2 proqramı çərçivəsində təlim keçdiyi müddətdə səhiyyə sahəsində insan resursları üzrə göstəricilərin, o cümlədən Azərbaycan Respublikasında tibb əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malik şəxslərin dövlət reyestrinin təkmilləşməsi üzrə “Tibb müəssisələrinin standart əməliyyat prosedurlarının bazasının təşkili” mövsuzunda layihə hazırlanıb.

Qeyd edək ki, ÜST-nin Regional Avropa Ofisinin əsas təşəbbüsü olan Ümumavropa Liderlik Akademiyası ölkə səviyyəsində maksimum nəticələr əldə etmək üçün insan resurslarının inkişafına yönələn üç səviyyəli proqramdır. Təcrübə proqramının əsas məqsədi Avropa regionunun səhiyyə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının rəsmi nümayəndələrinin qarşılıqlı faydalı bilik və təcrübə mübadiləsi, o cümlədən səhiyyə siyasəti istiqamətində birgə çalışmaq üçün potensialın artırılması və səmərəli layihələrin ərsəyə gəlməsi nəticəsində regionda səhiyyə sisteminin gücləndirilməsidir.
ELA Akademiyasının Tier2 proqramı noyabrın 13-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti