Bakı. Trend:
Bakının Xətai rayonunda, Ağ Şəhər Yaşıl ada küçəsində yerləşən “Pubar” iaşə obyektində bıçaqlanma hadisəsi qeydə alınıb.
Bu barədə Trend -in sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən bildirilib.
Hadisə zamanı xəsarət alanların vəziyyəti məlum olub.
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusunu cavab olaraq bildirib ki, 21 oktyabr gecə saatlarında 3 nəfər şəxs müxtəlif diaqnozlarla Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib.
"Onlardan 30 yaşlı şəxsə (kişi cinsli) bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası, alın nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin stasionar müalicəsi davam etdirilir.
Digər 24 yaşlı (qadın cinsli) və 28 yaşlı şəxsə (kişi cinsli) zəruri tibbi müayinələr göstərilib və ambulator müalicə üçün hər ikisi evə buraxılıb",- o qeyd edib.