...

Moldovada prezident seçkiləri ikinci tura qalıb

Dünya xəbərləri Materials 21 Oktyabr 2024 12:35 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Moldovada prezident seçkilərinin ikinci turunda Maya Sandu və Aleksandr Stoyanoqlo mübarizə aparacaqlar.

Trend xəbər verir ki, bunu seçki məntəqələrində protokolların 98,51 faizinin təqdim olunmasından sonra alınan məlumatlar göstərib.

Namizədlərdən heç biri birinci turda qalib gəlmək üçün lazımi sayda səs toplaya bilməyib. Belə ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, Maya Sanduya 640 881 seçici səs verib ki, bu da seçkilərdə iştirak edənlərin 42,07 faizinə bərabərdir. İkinci yeri Aleksandr Stoyanoqlo tutub. Onu 400 208 vətəndaş dəstəkləyib ki, bu da seçicilərin ümumi sayının 26,27 faizini təşkil edir.

MSK-nın məlumatına görə, Maya Sandu demək olar ki, 240 673 səs fərqi ilə qalib gəlir. Renato Usatı 209 011 səslə (13,72 faiz) üçüncü yeri tutub.

Mərkəzi Seçki Komissiyası sədrinin sözlərinə görə, seçkilərin ikinci turu iki həftədən sonra - noyabrın 3-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti