...

U-23 dünya çempionatı: 5 güləşçimiz xalçaya çıxacaq

İdman Materials 21 Oktyabr 2024 13:42 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatına start veriləcək.

Trend xəbər verir ki, ilk gündə yunan-Roma güləşçiləri xalçaya çıxacaqlar.

Azərbaycanın 5 klassiki medal uğrunda güləşəcək.

U-23 dünya çempionatı
Yunan-Roma güləşi

60 kq
Nihat Quluzadə ilk mərhələdə Yasuhito Mori (Yaponiya) ilə qarşılaşacaq.

67 kq
Təsnifat mərhələsində Fərid Xəlilovun rəqibi Niklas Yan Olov (İsveç) olacaq.

72 kq
Ruslan Nurullayev startda neytral bayraq altında çıxış edən İlya Valevskini sınağa çəkəcək.

82 kq
Elmin Əliyev 1/8 finalda Daizo Tanizaki (Yaponiya) – İslam Əliyev (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

97 kq
Murad Əhmədiyev ilk qarşılaşmasında Yuriy Dorohandan (Ukrayna) güclü olmağa çalışacaq.

Qeyd edək ki, dünya çempionatında oktyabrın 27-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti