...

Azad edilmiş ərazilərdə daha 249 mina aşkarlanıb

Cəmiyyət Materials 21 Oktyabr 2024 14:50 (UTC +04:00)
Azad edilmiş ərazilərdə daha 249 mina aşkarlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.10.2024 - 20.10.2024) açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 200 piyada əleyhinə mina, 49 tank əleyhinə mina, 763 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 470.2 hektar ərazi minalardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti