...

Noyabrın 4-dən etibarən COP29 üzrə pre-sessionals başlayacaq

Yaşıl iqtisadiyyat Materials 21 Oktyabr 2024 14:38 (UTC +04:00)
Noyabrın 4-dən etibarən COP29 üzrə pre-sessionals başlayacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 4 noyabr tarixindən etibarən Bakıda COP29 üzrə pre-sessionals (iclasöncəsi işçi qrupu) başlayacaq.

Trend xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili [ekoloji, sosial və korporativ idarəetmə]" mövzusunda keçirilən seminarda bildirib.

“Bu ilin 4 noyabr tarixindən etibarən Bakıda COP29 üzrə pre-sessionals başlayacaq və onlar Bakı Olimpiya Stadionunda keçiriləcək”, - o bildirib.

Qeyd edək ki, BMT-nin iqlim dəyişikliyi üzrə konfransları kimi böyük beynəlxalq görüşlər kontekstində pre-sessionals, əsas sessiya başlamazdan əvvəl nümayəndələrin və ekspertlərin vacib məsələləri müzakirə etdiyi, sənədləri hazırladığı və mövqelərini formalaşdırdığı ilkin müzakirələri, işçi qrup görüşlərini və ya texniki görüşləri əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti