...

Alkoqollu içkiləri minimum qiymətindən aşağı satanlar məsuliyyətə cəld ediləcək

Cəmiyyət Materials 21 Oktyabr 2024 15:41 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Alkoqollu içkilərin minimum qiymətindən aşağı qiymətə satılması ilə bağlı məsuliyyət müəyyən ediləcək.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu gün keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitənin sədri Azər Əmiraslanov deyib.

O qeyd edib ki, qanun qüvvəyə mindikdən sonra alkoqollu içkilərin minimum qiymətindən aşağı qiymətə satılması qadağan ediləcək.

“Bu layihə qəbul edildikdən sonra gözlənilən nəticələr odur ki, alkoqollu içki istehlakının məhdudlaşdırılması meyilləri müşahidə edilə bilər”, - deyə o qeyd edib.

Komitə sədri bildirib ki, keyfiyyətsiz, standartlara cavab verməyən alkoqollu içkilərin istehlakının insan orqanizmi üçün nə kimi fəsadlar törətdiyi məlumdur:

"Bu, həm də əhalinin sağlamlığı ilə bağlı beynəlxalq təşəbbüslərin dəstəklənməsidir. Ümumdünya Səhiyyə Təşkilatı tütün məmulatlarının istifadəsi ilə yanaşı, alkoqollu içkilərin istehlakının azaldılması ilə bağlı təşəbbüslərlə çıxış edir. Bu, həm də ölkəmizin həmin təşəbbüslərə qoşulması deməkdir", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti