...

148 hotel və 12 yaşayış kompleksi COP29 qonaqları üçün yerləşmə təmin etməyə hazırdır

Cəmiyyət Materials 21 Oktyabr 2024 16:22 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda COP29 qonaqları üçün 148 hotel və 12 yaşayış kompleksi yerləşmə təmin etməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin ziyarətçi xidmətləri şöbəsinin müdiri İlkin Cavadov Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili [ekoloji, sosial və korporativ idarəetmə]" mövzusunda keçirilən seminarda bildirib.

"Bu gün 148 hotel və 12 bağ kompleksi COP29 iştirakçıları üçün öz xidmətlərini təklif edir. Bundan əlavə, qonaqların rahatlığı üçün mənzillərin icarəsi üçün minimum müddəti 3 gecəyə endirərək, yeni icarə variantları təqdim etdik", - o qeyd edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti