Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri yaxın saatlarda Beyrut ərazisi də daxil olmaqla bütün Livan ərazisinə yeni zərbələr endirəcək.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari deyib.
"Yaxın saatlarda biz Livan daxilindəki Hizbullah hədəflərinə, o cümlədən Beyrutdakı Dahiyaya [zərbələr] hücum etməyə davam edəcəyik", - deyə o bildirib.