...

Zurabişvili impiçment qaydası ilə vəzifəsini tərk etməlidir - Kobaxidze

Dünya xəbərləri Materials 21 Oktyabr 2024 20:18 (UTC +04:00)
Zurabişvili impiçment qaydası ilə vəzifəsini tərk etməlidir - Kobaxidze
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

İmpiçment rəmzi əhəmiyyətə malikdir, çünki onsuz da Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın sonunda başa çatır. İmpiçment onun səlahiyyətlərinin bir ay əvvəl dayandırılmasını nəzərdə tutur

Trend Gürcüstanın “Birinci Kanalı”na istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısı qeyd edib ki, impiçment proseduru noyabrın sonunda həyata keçiriləcək və mahiyyətcə rəmzi əhəmiyyətə malikdir.

“Praktiki baxımdan konstitusiyanı pozan və satqın insan prezident vəzifəsini belə tərk edə bilməməlidir.

Ona öz adı qoyulmalıdır və bu impiçmentlə o, satqın "prezident" adlandırılacaq. Bizdə parlament idarəçiliyidir. Salome Zurabişvili çox şeyi korlaya bilməz.

Müvafiq olaraq, impiçment yalnız rəmzi əhəmiyyətə malikdir. Konstitusiyanı pozan və satqın insan impiçment qaydası ilə vəzifəsini tərk etməlidir”, – Kobaxidze bildirib.

Xəbər lenti

Xəbər lenti