...

Göygöldə qadın meyiti tapılıb

Hadisə Materials 21 Oktyabr 2024 22:05 (UTC +04:00)

Bakı. Trend:

Göygöl Rayon Polis Şöbəsinə Gəncə çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Bildirilib ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib.

Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti