...

BRİKS ilə əməkdaşlığı gücləndirmək istəyi Azərbaycanın əsas milli maraqlarına cavab verir - Səfir

Siyasət Materials 21 Oktyabr 2024 23:33 (UTC +04:00)
BRİKS ilə əməkdaşlığı gücləndirmək istəyi Azərbaycanın əsas milli maraqlarına cavab verir - Səfir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BRİKS ilə əməkdaşlığı gücləndirmək istəyi Azərbaycanın əsas milli maraqlarına cavab verir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayev “Tatarıstan24” telekanalına müsahibəsində deyib.

"Əvvəla, BRİKS ilə əməkdaşlığın gücləndirilməsində maraq ölkəmizin əsas milli maraqlarına cavab verir və rəsmi Bakının ədalətli dünya nizamının formalaşması və bütün dövlətlər üçün bərabər inkişaf imkanlarının yaradılması istiqamətində ardıcıl kursuna üzvi şəkildə uyğun gəlir. Bir tərəfdən, Azərbaycan beynəlxalq münasibətlərdə mərkəzi əlaqələndirici rol oynamağa hesablanmış universal təşkilat kimi BMT-nin nüfuzunun, onun rolunun və effektivliyinin artırılmasının tərəfdarıdır, digər tərəfdən isə çoxqütblü dünya ideologiyasını, ikili standartlardan azad və ayırıcı xətlərin yaradılmasını istisna edən dünya nizamının formalaşmasını bölüşür", - deyə o bildirib.

Onun sözlərinə görə, bu kontekstdə BRİKS kimi nüfuzlu təşkilatla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

"Çünki BRİKS yer kürəsinin demək olar ki, 35 faizini, dünya əhalisinin 45 faizini, dünya ÜDM-nin 30 faizini, dünya neft hasilatının 40 faizindən çoxunu və sənaye inqilabının əsasını təşkil edən nadir torpaq minerallarının dünya ehtiyatlarının 70 faizini təşkil edir", - deyə səfir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti