...

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Cəmiyyət Materials 21 Oktyabr 2024 16:15 (UTC +04:00)
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 16:00-a olan faktiki hava açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti açıqlama yayıb.

Bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Ordubad, Gədəbəy, Füzuli, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Xınalıq, Ləzə (Qusar), Daşkəsən, Şahdağda isə qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 14, Aran rayonlarında 16, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti