...

Livan İsrailin şimalına daha 30-a yaxın raket atıb

Dünya xəbərləri Materials 21 Oktyabr 2024 21:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son bir neçə saat ərzində İsrail hərbçiləri Livan ərazisindən ölkənin şimal rayonları istiqamətində bir neçə hücumu qeydə alıb.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, ümumilikdə Yuxarı və Qərbi Qalileyaya, eləcə də İsrailin nəzarətində olan Colan Təpələrinin cənub bölgələrinə 30-a yaxın raket atılıb.

Raketlərin bəziləri ələ keçirilib. Bəzi yerlərdə mərmilərin düşməsi qeydə alınıb ki, bu da bəzi hallarda yanğınlara səbəb olub.

"Hücum nəticəsində bölgədə baş verən çoxsaylı yanğınların söndürülməsi üçün İsrail yanğınsöndürmə və xilasetmə xidmətləri çalışır", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti